İtaliyanın "Fiorentina” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Vinçentso İtalyano çalışdıracaq.
Bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb. 43 yaşlı italiyalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
"Fiorentina” geridə qalan mövsüm bitən kimi baş məşqçi postuna Cennaro Qattuzoya tapşırmışdı. Lakin o, 20 gün sonra klub rəhbərliyi ilə fikir ayrılığına görə istefa vermişdi.
Vinçentso İtalyano 2019-cu ildən "Spetsiya”nı çalışdırırdı. Onun komandası A Seriyasında geridə qalan mövsümü 15-ci sırada bitirib. "Fiorentina” isə son mövsümü 13-cü pillədə başa vurub.
İtalyano ötən ay "Spetsiya” ilə yeni 2 illik müqaviləyə imza atsa da, "bənövşəyilər"in cəlbedici çağırışına səs verərərk Florensiyaya gəlmişdi. İtaliya mətbuatında yayılan informasiyaya görə, "Fiorentina” "Spetsiya"ya təzminat ödəyəcək.