Filip Ozobiç: “Yeni mövqeyimdə ilk dəfə oynadım”

Filip Ozobiç: “Yeni mövqeyimdə ilk dəfə oynadım”
"Qarabağ”la ilk matçım idi. Yoxlama görüşü olmasına baxmayaraq, yaxşı oynadıq”. 
Fanat.Az xəbər verir ki, bu sözləri bu sözləri Filip Ozobiç deyib.
Ağdam klubu təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq matçına çıxıb. "Ludoqorets”lə qarşılaşan Azərbaycan çempionu matçdan 1:1 hesablı bərabərliklə ayrılıb.
Oyundan sonra fikirlərini klubun "Facebook" səhifəsi ilə bölüşən "Qarabağ”ın xorvatiyalı yeni transferi matçı belə şərh edib: "Rəqibimiz "Ludoqorets” də kifayət qədər güclü komandadı. Oyundan razı qaldım. Yeni bir mövqedə çıxış etdim, ilk dəfə idi ki, hücumçu kimi oynayırdım. Baş məşqçimizin tapşırığı idi, məncə, pis alınmadı”.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər