FIDE reytinqi: Məmmədyarov ilk "onluq"da, Rəcəbov gerilədi

FIDE reytinqi: Məmmədyarov ilk "onluq"da, Rəcəbov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Fanat.Az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb. Xallarını 2 767-yə çatdıran Şəhriyar Məmmədyarov 2 pilləlik irəliləyişlə 9-cu sırada qərarlaşıb.

2 753 xalı olan Teymur Rəcəbov isə ötən ayla müqayisədə 1 pillə də geriləyərək, 14-cü sıraya düşüb.

Rauf Məmmədov (2 656) 61-ci yerdən 86-cı, Qədir Hüseynov (2 661) 74-cü sıradan 80-ci pilləyə geriləyib.

Siyahının ilk “üçlüy"ündə dəyişiklik olub. Norveçli dünya çempionu Maqnus Karlsen (2 856) əvvəlkitək birincidirsə, 2 799 xalı olan çinli Dinq Liren 2-ci pillədəki mövqeyini itirib. 3-cü sıraya geriləyən şahmatçını 2 804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca əvəzləyib. ABŞ-dan olan Fabiano Karuana (2 792) isə 4-cü sıraya enib.

Qadın şahmatçıların "100-lüy"ündə üç şahmatçımız yer alıb. Günay Məmmədzadə (2 470) 26-cı, Gülnar Məmmədova (2 387) 71-ci, Xanım Balacayeva isə (2 376) 83-cüdür. Siyahıya əvvəlki kimi çinli Yifah Hou (2 658) başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər