"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyuson (Sir Alex Ferguson) sabiq klubunun "Everton"a qarşı keçirdiyi ev oyununu şərh edib.
Fanat.Az "Sky Sports" istinadən xəbər veri ki, 79 yaşlı mütəxəssis komandanın portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun ehtiyatda qalmasına da münasibət bildirib:
"Belə oyunlarda həmişə ən yaxşı oyunçularınızı meydana buraxmalısınız. Ronaldunun olmaması klubun xal itkisinə təsir etdi".
Xatırladaq ki, 1:1 hesabı ilə bitən matçda Ronaldu 57-ci dəqiqədə meydana daxil olub.
Emin Şəmsiyev