Fernandinyonun yerinə Rays

Fernandinyonun yerinə Rays
"Mançester Siti" "Vest Hem"ın futbolçusu Deklan Raysı heyətinə qata bilər. 
 
Fanat.Az "The Times"ə istinadən xəbər verir ki, "şəhərlilər"ın bu addımı atmasına səbəb Fernandinyonun klubda qalmasının sual altında olmasıdır. 
 
Braziliyalı yarımmüdafiəçinin yay transfer pəncərəsi dönəmində klubdan ayrılma ehtimalı var. Fernandinyonun gedişinin ardından isə baş məşqçisi Pep Qvardiola da yarımmüdafiəni gücləndirməyə çalışacaq. Bunu nəzərə alan klub rəhbərliyi Fernandinyonun gedəcəyi halda Deklan Raysı transfer etməyi hədəfə alıb. 
 
Qeyd edək ki, 36 yaşlı "sambaçı"nın "Mançester Siti" ilə müqaviləsi bu ilin yayında başa çatır. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər