Fərhad Poladovun qardaşı: "Onun elə sevgilisi olmayıb” - VİDEO

Fərhad Poladovun qardaşı: "Onun elə sevgilisi olmayıb” - VİDEO
Avtomobil qəzası nəticəsində dünyasını dəyişən idmançı Fərhad Poladovun qardaşı Kamran Poladov açıqlama yayıb. 
Fanat.Az xəbər verir ki, o, instaqram səhifəsində video paylaşaraq özünü mərhum idmançının sevgilisi kimi təqdim edən Ülkər Abbaslı barədə danışıb. 
Kamran ağlayaraq video çəkib paylaşan xanımın Fərhadla əlaqəsinin olmadığını bildirib: "Ülkər Abbaslı kimdir? Mənim qardaşımın o adlı sevgilisi olmayıb. Bunu bilənlər bilir. Hamı bilir ki, qardaşım necə mərd, qeyrətli oğlandır. Ülkər hara, mənim qardaşım hara… Biz dəstək olanlara minnətdarıq, çox sağ olun”. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər