Fərhad Əliyev bu federasiyaya baş katib seçildi

Fərhad Əliyev bu federasiyaya baş katib seçildi

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun İdarə Heyətinin iclası olub.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, AMAF-ın baş katibi postuna namizədliyi irəli sürülən Fərhad Əliyev iclas iştirakçılarına təqdim edilib. İdarə Heyəti üzvləri yekdilliklə F.Əliyevin federasiyaya baş katib seçilməsinə səs veriblər.

Qeyd edək ki, Fərhad Əliyev 2012-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, 2017 - 2021-ci illərdə Avropa Velosipedçilər Birliyinin səlahiyyətli nümayəndəsi kimi beynəlxalq federasiyanın konqreslərində səsvermə hüququna malik 15 nümayəndəsindən biri olub. Həmçinin 2018-ci ildən Beynəlxalq Velosipedçilər İttifaqının Asiya və Yaxın Şərq ölkələri üzrə texniki kuratorudur.

Fərhad Əliyev bu federasiyaya baş katib seçildi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər