Yeni mövsümə olduqca iddialı hazırlaşan "Fənərbağça" yay transfer pəncərəsində heyətini gücləndirmək üçün 7 futbolçunu nəzərdən keçirir.
Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, "sarı bülbüllər" mərkəz müdafiəçisi mövqeyinə 3 namizəd tapıb.
Onlarda ikisi braziliyalıdır: Ninyo və Leo Ortis. Digər namizəd isə portuqaliyalı Ruben Semedudur.
Mərkəz hücumçusu ampluasına fransalı Alassan Plea və qabonlu Aaron Bumpendza nəzərdən keçirilir.
Klub cinah müdafiəçisi mövqeyinə braziliyalı futbolçular - Velinqton və Luan Peres arasından seçim edəcək.
Emin