Feliks Madrid klubunu İngiltərə təmsilçisinə dəyişir - Danışıqlar başladı

Feliks Madrid klubunu İngiltərə təmsilçisinə dəyişir - Danışıqlar başladı

"Atletiko Madrid"in və Portuqaliya millisinin hücumçusu Joau Feliks karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.

Xəbərə görə, 23 yaşlı futbolçunun agenti Jorje Mendeş artıq sözügedən İngiltərə təmsilçisi ilə danışıqlara başlayıb. 

Daha öncə Feliksin xidmətində "Bayern Münhen", PSJ, "Mançester Yunayted" və "Çelsi"nin maraqlı olduğu barədə informasiyalar yayılmışdı.

Qeyd edək ki, hazırda Portuqaliya millisinin heyətində DÇ-2022-də iştirak edən Joau "Atletiko"ya 2019-cu ildə "Benfika"dan transfer olunub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər