Federasiya prezidenti saxlanıldı

Federasiya prezidenti saxlanıldı

Kiyevin Peçersk məhkəməsi Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko barəsində həbs-qətimkan tədbiri seçib.

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Konstantin Andriyuk bildirib.

Onun sözlərinə görə, UAF rəhbəri yanvarın 22-dək həbsdə qalacaq. Pavelko 9 milyon 880 min qrivna (təxminən 270 min ABŞ dolları) məbləğində girov müqabilində azad oluna bilər.

Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər