Fatih Terimin qərarı: Birdəfəlik alınsın və maaşı 2 dəfə artsın

Fatih Terimin qərarı: Birdəfəlik alınsın və maaşı 2 dəfə artsın

"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin istəyi üzrə Mostafa Mohamed ilə müqavilə yenilənəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb. 

Xəbərə görə, İstanbul təmsilçisinə "Konyaspor" ilə (1:0) oyunda 3 xal qazandıran hücumçu son zamanlar parlaq çıxışı ilə məşqçilər korpusunun rəğbətini qazanıb. 

Buna görə hazırda "Qalatasaray"da icarə əsasında çıxış edən futbolçunun birdəfəlik alınması və maaşının iki dəfə artması qərarı verilib. 

Qeyd edək ki, 23 yaşlı hücumçu ölkəsi Misirin "Zamalek" klubuna məxsusdur. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər