Türkiyə millisindən vaxtından əvvəl ayrılan Fatih Terim təzminat tələbindən geri çəkilməyib.
Fanat.Az xəbər verir ki, vəkili vasitəsiylə TFF-yə öz istəyini bildirən Terim 12 aylıq alacaqlarını tələb edir.
Müqavilə üzrə TFF Terimə 4,66 milyon avro borcludur. Tərəflər arasında bu məbləğin 3,5 milyon avrosunun ödənilməsi barədə razılıq əldə olunub.
Ötən iki ayda heç bir ödənişin olmaması Terimi əsəbləşdirib və çalışdırıcı TFF qarışısında iddia qaldırıb.
Fanat.Az