"Fasiləyədək rəqib daha üstün oynadı" - Adil Şükürov

"Fasiləyədək rəqib daha üstün oynadı" - Adil Şükürov

Misli Premyer Liqasının XXIX turunun açılış oyununda səfərdə "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edən "Kəpəz"in baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qələbəni belə şərh edib:

"Çox şükür ki, qələbə qazandıq və azarkeşlərimizi sevindirdik. İlk epizodu biz yaratdıq, amma fasiləyədək rəqib daha üstün oynadı. İkinci hissədə uşaqlar toparlandı və dönüş etdik. Fasilədə tapşırıq verdik ki, daha öndə oynamaq lazımdır. İlk yarıda isə öz qapımıza yaxın oynayırdıq. Qol vurmaq istəyirsənsə, ilk dəqiqələrdəki kimi oynamalısan".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər