"Fasilədə dedim ki, bu gün 1:4 hesabıyla uduzacağıq" - Noboa etiraf etdi

"Fasilədə dedim ki, bu gün 1:4 hesabıyla uduzacağıq" - Noboa etiraf etdi

"Rubin"in sabiq futbolçusu Kristian Noboa Tatarıstan klubunun Çempionlar Liqasında "Barselona" üzərində qazandığı qələbəni yada salıb.

Fanat.Az xəbər verir ki, hazırda "Soçi"nin uğurları üçün çalışan yarımmüdafiəçi "Çempionat"a açıqlamasında belə deyib:

"Barselona" üzərində qələbə tarixdir! Əlbəttə, o günü yada salmaq xoşdur. "Rubin" o qələbəni unutmayacaq. Əsas olan da budur. Mənim qızım var, o da həmin zəfəri xatırlayır. 

Sesar Navas deyib ki, heç kim "Barselona"nı udacağımızı düşünmürdü? Əlbəttə! Kim qələbə qazana biləcəyimizə inanırdı ki? İlk hissəni 1:0 hesablı üstünlüklə başa vurduq. Fasilədə Sesara zarafatca dedim ki, yaxşı, bu gün 1:4 hesabı ilə uduzacağıq, amma ilk yarıda qalib gəlmişik".

Xatırladaq ki, həmin qarşılaşma 2009-cu ildə Kataloniyada keçirilib. Görüş "Rubin"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tatarıstan komandasının qollarını Aleksandr Ryazantsev və Gökdeniz Karadeniz vurubsa, "Barsa"nın qoluna Zlatan İbrahimoviç imza atıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər