Fariz Nəcəfov: "Bu dəfə çətin olacaq"

Fariz Nəcəfov: "Bu dəfə çətin olacaq"

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Yunanıstan mətbuatına açıqlama verib. Fanat.Az xəbər verir ki, klub rəsmisi "Panatinaikos"la Avropa Liqasında keçirəcəkləri oyunla bağlı danışıb: 

"Panatinaikos" təkcə Yunanıstanda deyil, Avropada böyük ənənələri olan klublardan biridi. İki il əvvəlki qarşılaşmamızda bunun şahidi oldum. Həmin vaxt biz rəqibdən üstün olduq. İki ildə hər iki komandada dəyişiklər olub. Amma bizim komandada həmin heyəidən qalanlar var. Son iki mövsümdə Avroliqanın qrup mərhələsində oynasaq da, cütün favoriti “Panatinaikos”du. Bu dəfə daha çətin olacaq. "Qəbələ" gənc komandadı. Amma şans hər zaman var. Çalışacağıq ki, iki oyunun nəticəsinə görə mərhələ adlayaq".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər