Fanatlar Ronalduya qarşı: "Biz zibil yığmırıq"

Fanatlar Ronalduya qarşı: "Biz zibil yığmırıq"

"Atletiko Madrid"in azarkeşləri Kriştianu Ronaldunun mümkün transferinə qarşı çıxıblar.

Fanat.Az xəbər verir ki, tərəfdarlar sosial şəbəkələrdə #ContraCR7 həştəqi altında (CR7-yə qarşı) birləşərək rəhbərliyi və Ronaldunu tənqid atəşinə tutublar.

"Atletiko" fanatlarından biri belə yazıb: 

"Bunun baş verməyəcəyinə ümidliyəm. Biz zibil yığmırıq".

Daha öncə mətbuatda Ronaldunun "Atletiko Madrid"lə şifahi razılığa gəldiyi barədə informasiyalar yayılıb.

Növbəti mövsüm Çempionlar Liqasında çıxış edən komandanın formasını geyinməyi hədəfləyən portuqaliyalı forvard MY-nin məşqlərinə qatılmır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər