Facoli hər şeyi boynuna aldı - Bonuççi də oyunlara pul qoyurmuş?

Facoli hər şeyi boynuna aldı - Bonuççi də oyunlara pul qoyurmuş?

"Yuventus"un sabiq kapitanı Leonardo Bonuççi Turin klubundakı komanda yoldaşı Nikolo Facolinin futbol matçlarına pul qoyuluşları etdiyindən xəbərdar olub və bu barədə onunla bir neçə dəfə danışıb.

Fanat.Az xəbər verir ki, məlumatı "La Repubblica" yayıb.

Xəbərə görə, Bonuççu 22 yaşlı həmkarı isə bu yöndə müzakirələr aparsa da, onun özünün mərc oyunlarında iştirakına dair sübut yoxdur. Mənbə "Yuventus"un daha iki oyunçusunun, adı açıqlanmayan gənc legionerlərin də Turin prokurorluğunun diqqət mərkəzində olduqlarını vurğulayıb. Həmin futbolçuların sosial şəbəkələrdəki yazışmalarının araşdırıldığı bildirilib.

Qeyd edək ki, Facoli dindirilmə zamanı oyunlara pul qoyduğunu boynuna alıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər