"Liverpul"un müdafiəçisi Fabinyonun evi qarət olunub.
Fanat.Az xəbər verir ki, məlumatı "Liverpool Echo" yayıb.
Oğrular futbolçunun evinə Premyer Liqanın 37-ci turu çərçivəsində keçirilən "Liverpul" - "Çelsi" (5:3) oyunu zamanı giriblər. Həmin vaxt "qırmızılar" "Enfild"də çempionluğu bayram edib.
Oğrular müxtəlif qiymətli əşyalarla yanaşı, futbolçunun boz rəngli Audi RS6 avtomobilini də aparıblar. Nəqliyyat vasitəsi sonradan Uiqanın rayonlarının birində tapılıb.
Fanat.Az