Evliliyinin 26-cı ildönmündə maraqlı hesab - 2:6

Evliliyinin 26-cı ildönmündə maraqlı hesab - 2:6
İngiltərə Premyer Liqasının XVIII turunda "Tottenhem" səfərdə "Everton"a 6:2 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, bu oyunla bağlı maraqlı məqam sonradan üzə çıxıb. Məlum olub ki, həmin gün "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonun evlilik ildönümüdür. Özü də 26-cı ili... Bir sözlə, "Tottenhem" baş məşqçisinin evliliyinin 26-cı ildönümündə meydanda 2:6 hesablı nəticə ilə ayrılıb.
Bununla bağlı açıqlama verən argentinalı mütəxəssis "Həyat yoldaşım Karina ilə 26-cı ildönümümüzü qeyd etdiyimiz gündə 2:6 hesablı qələbə qazandıq. Kosmik enerjiya inanıram. Bütün gün xanımıma nə hədiyyə alacağımı düşündüm. Əsl hədiyyə budur - 2:6" deyib.
Poçettino müxbirin "Həyat yoldaşınıza başqa hədiyyə alacaqsınız" sualına 56 yaşlı mütəxəssis belə cavab verib: "Mən evə çatanda saat çox gec olacaq. Mənim ona olan sevgim yetərlidər".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər