Əvəzedicilər Liqasında 9-cu tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son günündə 2 görüş baş tutub.
“Sabah-2” - “Araz-Naxçıvan-2” oyununda qalib müəyyənləşməyib. “Qəbələ”nin əvəzediciləri isə evdə “Səbail-2” ilə görüşdən qalib ayrılıblar.
Əvəzedicilər Liqası 9-cu tur 8 oktyabr
“Qəbələ-2” – “Səbail-2” 2:1 Qollar: Eşqin Əhmədov, 55. Sənan Ağalarov, 75 - Taleh Qarayev, 90+2.
“Sabah-2” – “Araz-Naxçıvan-2” 2:2 Qollar: Ceyhun Nuriyev, 48. İdris İnqilablı, 84 - Nihad Qurbanlı, 28. Tuqay Əlizadə, 90+4.
Turun digər nəticələri: “Zirə-2” – “Turan Tovuz-2” 3:2 “Sumqayıt-2” – “Kəpəz-2” 3:0 “Neftçi-2” – “Qarabağ-2” 5:1