"Aston Villa" ilə olan müqaviləsinin müddəti bu yay başa çatan Eşli Yanqın növbəti mövsümə harada başlayacağı bəlli olub.
Fanat.Az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu "aslanlar"la anlaşma yeniləyib.
Beləliklə, İngiltərə millisinin sabiq üzvünün 2023-cü ilin yayına qədər indiki klubunda top qovacağı dəqiqləşib.
Qeyd edək ki, ötən mövsüm Birmingem təmsilçisində ümumilikdə 25 matça çıxan Yanq 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat