“Əsas məqsəd elitada qalmaq idi” – Samir Abasov

“Əsas məqsəd elitada qalmaq idi” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 35-ci turunun “Qarabağ”la oyunundan sonra (2:1) danışıb.

Fanat.Az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Komandamı təbrik edirəm. Bu gün rəqiblərimiz də paralel olaraq oynayırdı. Həmin matçların nəticəsi də bizim üçün olduqca vacib idi. Ən xoş olan odur ki, öz hesabımıza Premyer Liqada qalmağı bacardıq. Bir oyunumuz qalıb. Ona da hazırlaşacağıq. Daha sonra planlarımızı quracağıq. Əsas məqsəd elitada qalmaq idi. Onun da öhdəsindən gəldik”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər