"Trabzonspor"un baş məşqçisi Ersun Yanal Ramil Şeydayevi oynatmamasının səbəbini açıqlayıb. Fanat.Az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında bunları deyib:
"Futbolçularımızın hamısı gənc və istedadlıdı. Tez bir zamanda yüksək performans sərgiləmələri çətindi. Ağır dönəmdən keçirik. Az sayda oyunçu aldıq, cəmi 7-8 transfer etdik. Aralarında gənc oyunçular var. Ramil çox gəncdi. Hələ ondan yararlanmamışıq. Yavaş-yavaş Türkiyə çempionatına alışmalıdı".
Fanat.Az