Dünyanın ən məşhur futbol meneceri Mino Raiolanın bu yay qazandığı məbləğ açıqlanıb. Fanat.Az xəbər verir ki, yay transfer dönəminin ən çox qazanan meneceri olub.
Təmsilçisi olduğu Zlatan İbrahimoviçi, Henrix Mkıtaryanı və Paul Poqbanı "Mançester Yunayted"ə göndərən Raiola bu transferlərdən 29 milyon 200 min funt-sterlinq (63 milyon 451 min manat 600 manat) qazanıb.
Poqbanın rekord qıran 105 milyonluq (bu günkü məzənnə ilə 228 milyon 165 min manat) transferində Raiola da menecerlik haqqına görə rekord qırıb. O, bu transferə görə 20 milyon funt-sterlinq (43 milyon 460 min manat) gəlir əldə edib.
Dortmund "Borussiya"sından "Mançester Yunayted"ə keçən erməni futbolçudan 6,7 milyon funt-sterlinq (14 milyon 559 min 100 manat) qazanan Raiola İbrahimoviçin keçidindən 2,5 milyon funt-sterlinq (5 milyon 432 min 500 manat) götürüb.
Beləliklə, italyan menecer bir transfer mövsümündə Kriştiano Ronaldonun bir ildə qazandığından daha artıq gəlir əldə edib. "Real"ın forma geyinən portuqaliyalı ulduz ildə 21 milyon avro gəlir əldə edir.
Fanat.Az