"Brentford"un yeni transferi Kristian Eriksen komandanın heyətində ilk oyununu keçirib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Danimarka millisinin üzvü "Sauthend Yunayted"lə yoxlama görüşündə (3:2) 60 dəqiqə meydanda olub. Bu gün 30 yaşını qeyd edən futbolçu 1 qolun ötürməsini də verib.
Avro-2020-nin qrup mərhələsində, iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu. Həmin olayın ardından ürəyinə süni impuls cihazı (kardioverter-defibrillyator) yerləşdirilən Kristian Milan "İnter"indən ayrılmaq məcburiyyətində qalmışdı. Bir müddət öncə "Brentford"la anlaşan skandinaviyalı futbolçu başına gələn hadisədən sonra ilk dəfə meydana çıxıb.