Erik ten Haqın yeni iş yeri bilindi

Erik ten Haqın yeni iş yeri bilindi

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Ayaks"ın yeni çalışdırıcısı ola bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Mirror" yayıb. 

Mənbənin məlumatına görə, "Ayaks"ın yeni icraçı direktoru Aleks Kruza yayda Con van Sxipin yerinə yeni baş məşqçi tapmaq tapşırılıb. Prioritet variantın "Liverpul"da Yürgen Kloppun məşqçilər korpusunun üzvü Pep Linders olduğu bildirilir. Bununla belə, mənbə Amsterdam klubunda 2017-ci ildən 2022-ci ilə qədər uğurla çalışmış ten Haqın geri qaytarılması variantını daha real sayır. 

"Ayaks" hazırda keçirdiyi 24 oyundan sonra 39 xalla Niderland çempionatının turnir cədvəlində beşinci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər