Ərəblər Mourinyunun ayağına qızıl döşəyir - Dünyanın ən ödənişli məşqçisi olacaq 

Ərəblər Mourinyunun ayağına qızıl döşəyir - Dünyanın ən ödənişli məşqçisi olacaq 

Səudiyyə Ərəbistanından portuqaliyalı məşqçi Joze Mourinyuya cəlbedici təklif gəlib.

Fanat.Az xəbər verir ki, informasiyanı “Corriere Dello Sport” yayıb.

Mənbənin məlumatına görə, "Roma"nın çalışdırıcısına Səudiyyə Ərəbistanı millisinin və ya Kriştianu Ronaldulu "Əl-Nəsr"in baş məşqçi postu təklif olunub. Portuqaliyalı mütəxəssis hər iki halda, ilinə 60 milyon, təklifə əsasən 2 il üçün 120 milyon avro qazanacaq. 

Mourinyunun başgicəlləndirici təklifi dəyərləndirmək üçün hələ bir il müqavilə ilə bağlı olduğu "Roma"dan razılıq almalıdır. 

Hazırda Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi postu DÇ-dən sonra istefa verən Herve Renardın gedişindən sonra boşdur. Rudi Qarsiya isə “Əl-Nəsr”i çalışdırmağa davam etsə də, səudiyyəlilər artıq ona əvəzləyici axtarırlar.

Xatırladaq ki, iki portuqaliyalı - CR7 və 'Special One' daha əvvəl - 2010-2013-cü illərdə "Real Madrid"də birlikdə çalışıblar .

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər