Rusiya millisindən ayrıldıqdan sonra işsiz qalan Stanislav Çerçesov Belçikada çalışa bilər.
Fanat.Az xəbər verir ki, “Antverpen” klubu rus mütəxəssisin baş məşqçi postuna namizədliyini nəzərdən keçirir.
Bu barədə "Sportexpress.ru" saytı məlumat yayıb.
Mənbə bildirir ki, klub rəhbərliyi Çerçesova müqavilə təklif etməyə hazırdır, lakin hələlik Brayan Priskeni istefaya göndərə bilmir.
"Antverpen" Belçika çempionatının ən zəngin klublarından biridir, ona görə də Çerçesova ilinə 1,2 milyon avro müqavilə təklif edə bilərlər.
Qeyd edək ki, 16 turdan sonra "Antverpen" Belçika liqasının turnir cədvəlində lider "Uniondan" 7 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Çerçesov 2016-cı ildən çalışdığı Rusiya millisindən bu yay ayrılıb. Yığmanın AVRO-2020-də qrup sonuncu olması səbəbi ilə baş məşqçi ilə yollar ayrılıb.
Emin