Çerçesov "Legiya"nı ziyarət etdi, Mahir onunla görüşmədi

Çerçesov "Legiya"nı ziyarət etdi, Mahir onunla görüşmədi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın düşərgəsini sürpriz qonaq ziyarət edib.

Fanat.Az xəbər verir ki, varşavalıların dünən axşam baş tutan son məşqi zamanı Rusiya millisinin keşmiş baş məşqçisi Stanislav Çerçesov ora təşrif buyurub.

Təcrübəli mütəxəssis məşqçi və futbolçularla görüşüb, həmkarları ilə bir neçə dəqiqə söhbətləşib. 

Qeyd edək ki, Çerçesov "Spartak"la Moskvadakı oyun zamanı da "Legiya"nı ziyarət edib. Onun 2015-2016-cı illərdə Varşava klubunu çalışdırdığını əlavə edək.

Rusiyalı mütəxəssisin də izlədiyi məşqdə Mahir iştirak etməyib. Belə ki, İngiltərə "Lester"i ilə Konfrans Liqasındakı ağır oyunda iştirak etmiş futbolçular dünən bərpa üçün masaj və trenajor salonunda olub.

Qeyd edək ki, çempionatda işləri yolunda getməyən "Legiya" Ekstraklassanın 10-cu turu çərçivəsində sabah səfərdə "Lexia Qdansk"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.    Çerçesov "Legiya"nı ziyarət etdi, Mahir onunla görüşmədi  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər