UEFA rəsmi saytı vasitəsi ilə 2021/2022 mövsümünün ən yaxşı oyunçusu adına 3 namizədin adını açıqlayıb.
Fanat. Az xəbər verir ki, bu futbolçulardan biri avqutun 25-də keçiriləcək tədbirdə qitənin ən yaxşı futbolçusu ünvanına sahib çıxacaq:
Kərim Benzema, ("Real Madrid" və Fransa millisi); Tibo Kurtua (Real Madrid" və Belçika millisi); Kevin De Bröyne ("Mançester Siti" və Belçika millisi).
Bu yay "Bayern Münhen"i "Barselona"ya dəyişən Robert Levandovski 4-cü olaraq finalçılar arasına düşə bilməyib.
Qeyd edək ki, 3 əsas namizəd hazırda fəaliyyətdə olan məşqçilərin və idman jurnalistlərinin səsverməsi əsasında müəyyənləşdirilib.
Nihat