Millimizin futbolçusu Mahir Emrelinin yeni klubu “Dinamo Zaqreb” Xorvatiya çempionatında 22-ci turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda səfərdə “İstra 1961” ilə qarşılaşıb.
Görüş “Dinamo Zaqreb”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir bu görüşün iştirakçısı olmayıb. Xorvatiya təmsilçisi ilə yenicə müqavilə bağlayan futbolçunun adı iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Dinamo Zaqreb” hazırda 46 xalla 10 komanda arasında liderdir.