Emrelinin komandasında yeni oyunçu: "Jura" getdi, Yuri gəldi

Emrelinin komandasında yeni oyunçu: "Jura" getdi, Yuri gəldi

Polşa çempionu "Legiya" yeni transfer həyata keçirib. 

Fanat.Az xəbər verir ki, Varşava klubu 24 yaşlı portuqaliyalı müdafiəçi Yuri Ribeyro ilə münasibətlərini rəsmiləşdirib. 

Portuqaliya milli komandasının keçmiş üzvü "Legiya" ilə 30 iyun 2024-cü ilə qədər müqavilə imzalayıb. O, Portuqaliyanın gənclərdən ibarət milli komandasında 50 -dən çox oyun keçirib. "Braqa"nın yetirməsi olan Yuri Ribeyro son iki ildə İngiltərə Premyer Liqa təmsilçisi "Nottingham Forrest"də çıxış edib (bu müddət ərzində 52 oyun keçirib).

Qeyd edək ki, iki gün əvvəl Mahir Emrelinin komandasında ayrılıq baş verib. Xorvatiya millisinin üzvü Yosip Juranoviç "Legiya"nı Şotlandiya "Seltik"inə dəyişib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər