Emrelinin komandası autsayderlə bacarmadı

Emrelinin komandası autsayderlə bacarmadı

Türkiyə Superliqasında XXVII turun oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin komandası "Konyaspor" da növbəti sınağına çıxıb.

Səfərdə autsayder "Ümraniyenspor"la qarşılaşan konyalılar görüşdən 2:2 hesablı bərabərliklə ayrılıblar. 

26 yaşlı hücumçumuz görüşə start heyətində başlayıb və 67-ci dəqiqədə - komandası hesabda birinci dəfə geri düşdükdən sonra əvəzlənib. "Konyaspor"un birinci bərabərlik qoluna məhz Mahiri əvəzləyən Diuf imza atıb. 

Emrelinin komandası 35 xalla 8-ci pillədə qərarlaşıb. 

Qeyd edək ki, Emreli "Konyaspor"a bu qış məxsus olduğu Zaqreb "Dinamo"sundan icarə əsasında keçib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər