Əmrah Çəlikəl: "Başqa sponsorumuz yoxdu”

Əmrah Çəlikəl: "Başqa sponsorumuz yoxdu”
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin "Damat” şirkətinin prezidentinin kluba sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.
 
Fanat.Az xəbər verir ki, direktor deyilənləri təkzib edib:
"Bizim "Azərsun”, "Azərçay” və "Bizim Tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə "Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. "Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır. Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, "Azərsun”, "Azərçay” və "Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər