"Çempionluq üçün 90 və daha artıq xal lazımdır" - Qvardiola

"Çempionluq üçün 90 və daha artıq xal lazımdır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi haqda fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, "Liverpool Echo" 50 yaşlı mütəxəssisin dediklərini belə çatdırır: “Təbii ki, çempion daha çox qalib gəlməli və azı 90 xal toplamalı olacaq. Ötən mövsüm koronavirus var idi, tribunalarda azarkeşsiz oynadıq və bütün klublar üçün gərgin il oldu. Bəzən vəziyyət xal itkisinə gətirib çıxarırdı və biz çempionluğu kifayət qədər sakit şəkildə keçirdik. Qarşıda bizi “Lids”lə oyun gözləyir və mən ancaq bu barədə düşünürəm." Xatırladaq ki, ötən mövsüm "Mançester Siti" klubu mövsümün sonunda 86 xal toplayaraq İPL çempionu olmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər