Əmirquliyev tarixi qələbəyə şahidlik etdi

Əmirquliyev tarixi qələbəyə şahidlik etdi

“Şahdağ Qusar” Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, II Liqanın XIII turunda “Göygöl”ü 4 cavabsız qolla məğlub edən Qusar təmsilçisi 200-cü qalibiyyətini əldə edib.

Bu, “Şahdağ Qusar”ın II Liqada 8-ci uğurudur. Ölkə çempionatlarında 1992-ci ildən çıxış edən komanda cari mövsümə qədər fasilələrlə mübarizə apardığı Premyer Liqada (əvvəl güclülər dəstəsi) 59, I Liqada (əvvəl I dəstə və I divizion) 133 dəfə qalib gəlib. “Şahdağ”, “Neftqaz” və “Şahdağ Samur” adlarını da daşımış komanda 200-cü qələbəni ümumilikdə 558-ci görüşündə əldə edib.

“Şahdağ Qusar” ölkə futbolu tarixinə çempionatda ən azı 200 qələbə qazanan 11-ci komanda kimi düşüb. Qusarlıların ilk qalibiyyəti 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib – 1:0. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər