Emin Mahmudov azarkeşlərlə problemindən danışdı: "Buna vaxt yoxdur"

Emin Mahmudov azarkeşlərlə problemindən danışdı: "Buna vaxt yoxdur"

"Neftçi"nin kapitanı Emin Mahmudov "Turan Tovuz"la oyundan sonra müsahibə verib.

Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Tovuza ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb. 

- Qarşılaşma barədə nə deyə bilərsən? Oyunla nəticə fərqli oldu... - Görüş barədə çox danışmağa ehtiyac yoxdu. Çünki oyunumuz o qədər də yaxşı alınmadı. Rəqibə imkan verirdik ki, qol vəziyyətləri yaratsın. Şükürlər olsun ki, 3 xal qazandıq. Qarşılaşma ilə bağlı ən yaxşı məqam budu.

- Qarşıda sizi Azərbaycan kubokunda "Zirə" ilə çətin oyun gözləyir... - Əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. Çünki növbəti mərhələyə adlamaq istəyirik. Çətin olacaq. Çünki yaxşı komandaya qarşı oynayacağıq. Amma mütləq qələbə qazanmalıyıq. Əlimizdən gələni edəcəyik ki, onları keçək.

- Son iki ildə kubokda "Zirə"yə qol da vura bilmirsiz. Bu, sizdə psixoloji gərginlik yaratmır? - Hər oyun fərqli olur. İndi tam başqa məqamdı. Çalışacağıq ki, qol vuraq. Ümumiyyətlə, mərhələni keçmək istəyirik.

- Mətbuat konfransında baş məşqçi bu suala cavab verdi. Amma sənin də fikrini bilmək maraqlı olar: adın Krayova "Universitatya"sı ilə yanaşı hallanır. - Baş məşqçi nə dedi ki? (gülür)

- Dedi ki, "sarı mətbuat"ın yazdıqları barədə nəsə demək istəmirəm... - Elə mən də belə düşünürəm. Ümumiyyətlə, bu məsələdən xəbərim yoxdu.

- "Qarabağ"la oyundan sonra yaşananlarla bağlı danışmağını istərdik. Azarkeşlərdən incimisən? - Yox. Heç bir problem yoxdu. Bu barədə fikirləşmirəm. Mənim üçün başqa şeylər maraqlıdı. Qarşımızda hədəflər var. Kubokda "Zirə"ni keçməliyik. Son turun oyunu var. İncimək vaxtı deyil.

- "Neftçi" ilə müqavilənin müddəti bitmək üzrədi. Yazırlar ki, yeni təklif olub. Həqiqətən belədi? Ümumiyyətlə, yeni müqavilə bağlamaq istəyirsən? Karyeranı "Neftçi"də bitirməyi düşünürsən? - Açığı, bu haqda nəsə düşünmürəm. Gözləyirəm ki, qarşıdakı oyunları bitirək.

- Qış tətili haqda düşünmüsən? Bayramı Azərbaycanda keçirəcəksən, yoxsa Rusiyada? - Vallah, bu barədə düşünməmişəm. Hər yerdə ola bilər. Qarşıda oyunlarımız var. Yeni il barədə düşünməmişəm. Buna hələ vaxt var.

- İlk dəfə idi ki, Tovuzda oynayırdın. Ab-hava necə idi? - Əla ab-hava var. Çox yaxşı idi. Sevinirəm ki, bölgə klublarımız çempionata buraxıldı. Ümid edirəm ki, başqa şəhərlərimizin təmsilçiləri də çempionatda iştirak edər. Belə olanda oyunlar maraqlı keçir.

- Örtüyün suni olması sizə problem yaratdı? - Hə. Amma mənə o qədər də fərq etmir. Çünki 10 mövsüm suni örtükdə oynamışam.

- Ötən mövsüm ilin ən yaxşı futbolçusu seçildin. Bu il kim olacaq? - Bilmirəm. Ramil Şeydayev çox yaxşı mövsüm keçirir. Maraqlı olacaq. Gözləyək, görək kimi seçəcəklər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər