Emil 3 qol "yedi", "Tobol" finalsız qaldı

Emil 3 qol "yedi", "Tobol" finalsız qaldı

Qazaxıstan kubokunda ilk finalçı müəyyənləşib.

 

Fanat.Az-ın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" "Kayzar"la cavab görüşünə çıxıb.

Evdə 1:0 hesablı qələbə qazanan "Tobol" qonaq meydanında finala vəsiqəni son saniyələrdə əldən verib. Belə ki, "Kayzar" 90+8-ci dəqiqədə vurduğu qolla 3:1 hesablı qələbə qazanıb və finala yüksəlib. Balayev bu matçda 90 dəqiqə meydanda olub.

Digər finalçı "Atırau" - "Ordabasi" cütünün qalibi olacaq.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər