Emerinin yeni klubu müəyyənləşdi - RƏSMİ

Emerinin yeni klubu müəyyənləşdi - RƏSMİ
"Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Unay Emeri ilə 3 illik müqavilə imzalanıb. 48 yaşlı mütəxəssis sözügedən postda Xavyer Kalyexanı əvəzləyəcək.
Emeri daha öncə İspaniyada "Almeriya", "Valensiya" və "Sevilya" klublarını çalışdırıb. Onun sonuncu iş yeri "Arsenal" olub.
Qeyd edək ki, 2019-20 mövsümünün yekunlarına əsasən La Liqada 5-ci olan "Vilyarreal" Avropa Liqasına vəsiqə qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər