Əməliyyatdan çıxan Konte komandasına qoşuldu

Əməliyyatdan çıxan Konte komandasına qoşuldu

"Tottenhem" son məşqinə baş məşqçisi ilə çıxıb. 

Fanat.Az xəbər verir ki, öd kisəsindən əməliyyat olunan Antonio Konte bir neçə günlük fasilədən sonra komandanın məşqində iştirak edib. 

Məlumatı klubun mətbuat xidməti yayıb. 

Qeyd edək ki, fevral ayının 2-də qarnında şiddətli sancı ilə xəstəxanaya aparılan italiyalı mütəxəssisdə xolesistit olduğu aşkarlanıb. Əməliyyatla məşqçinin od kisəsi çıxarılıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər