Elxan Məmmədov səfir ilə görüşdü

Elxan Məmmədov səfir ilə görüşdü
AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Argentina respublikasının ölkəmizdəki səfiri Sergio Osvaldo Perez Gunella ilə görüşüb.
Fanat.Az xəbər verir ki, görüşdə Azərbaycan və Argentinanın futbol qurumları arasında qarşılıqlı əlaqələr, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfir müzakirələrdən razılığını ifadə edib, bugünkü görüşü 2019-cu ildə keçirilmiş ilk görüşün davamı olaraq qiymətləndirdiyini vurğulayıb, Argentina Futbol Assosiasiyası və AFFA-nın əməkdaşlığı barədə layihənin təqdimatı ilə çıxış edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər