Elxan Abdullayev, Zaur Svanadze... - sırada kim var?

Elxan Abdullayev, Zaur Svanadze... - sırada kim var?
Topaz Premyer Liqasında növsümün ikinci istefası reallaşıb. Fanat.Az xəbər verir ki, dünən rəsmən "Keşlə"yə çevirilən keçmiş "İnter" klubunun rəhbərliyi Zaur Svanadzeni istefaya gönədirib.
Buna səbəb komandanın uğursuz çıxışı olub. Belə ki, "Keşlə" cari mövsümdə meydana çıxdığı 10 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlub olub. Komanda 10 turdan sonra 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb və autsayder "Kəpəz"i 1 xal qabaqlayır.
Bu mövsüm Zaur Svanadzedən əvvəl Elxan Abdullayev istefaya göndərilib. "Neftçi" rəhbərliyi II turdan sonra 47 yaşlı mütəxəssisə qapını göstərmişdi. Ondan sonra "ağ-qaralar"ı 2 oyuna Elşad Əhmədov çıxarıb, ardınca Tərlan Əhmədov baş məşqçi postuna gətirilib.
2017/18 mövsümündə Premyer Liqa baş məşqçiləri
 

№

Baş məşqçi (klub)

O

Q

H/H

M

T/F

X

1

Qurban Qurbanov (Qarabağ)

9

7

1

1

15:4

22

2

Ayxan Abbasov (Zirə)

10

6

3

1

18:8

21

3

Roman Qriqorçuk (Qəbələ)

10

6

1

3

13:10

19

4

Samir Abbasov (Sumqayıt)

9

4

1

4

10:12

13

5

Tərlan Əhmədov (Neftçi)

5

3

0

2

9:4

9

6

Samir Əliyev (Səbail)

9

3

0

6

5:13

9

7

Zaur Svanadze (Keşlə)

10

2

2

6

7:14

8

8

Şahin Diniyev (Kəpəz)

10

2

1

7

7:15

7

9

Elşad Əhmədov (Neftçi)

2

0

1

1

0:1

1

10

Elxan Abdullayev (Neftçi)

2

0

0

2

1:4

0

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər