Elxan Abdullayev: "Turnirin təşkilatçılığından razı qaldım"

Elxan Abdullayev: "Turnirin təşkilatçılığından razı qaldım"

Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdəkı çıxışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev turnirlə bağlı fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, baş məçqşi  bu barədə AFFA-nın saytına müsahibə verib:

“Turnirin təşkilatçılığından razı qaldım. Güclü komandalara qarşı oyun oynadıq. Komandam hər oyunda əzmkarlıq göstərdi. Hər oyunda qol vurmağı bacardıq. Çatışmayan cəhətlərimizi görmək üçün bu cür rəqiblərlə oyunlar çox vacibdir. Müşahidə etdiyimiz çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Seçmə oyunlar öncəsi bu cür turnirdə çıxış etməyimiz müsbət oldu. Bundan sonrakı oyunlarda daha yaxşı nəticə üçün oynayacağımıza inanıram”.

Qeyd edək ki, Azərbaycan U-19 yığması turnirin ən "fair-play" komandası seçilib və yarışı 3-cü pillədə başa vurub.  

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər