"Səbail"dən ayrılan Elvin Yunuszadənin yeni klubunun müəyyənləşmək üzrə olduğu haqda məlumat vermişdik. Fanat.Az-ın xəbərinə görə, millimizin sabiq üzvünün karyerasını Bosniya və Herseqovinada davam etdirəcəyi dəqiqləşib. 27 yaşlı müdafiəçi sözügedən ölkənin elita təmsilçisi "Çelik"lə mövsümün sonuna qədər anlaşıb.
"Çelik"i ötən ildən türkiyəli Ümit Özat çalışdırır.
Fanat.Az