Eltac Səfərli Almaniyada ikinciliyə yüksəldi

Eltac Səfərli Almaniyada ikinciliyə yüksəldi

Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən Staufer-Open turnirində ikinci yerdə gedir.

Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster VIII turda rusiyalı Vadim Petrovski ilə heç-heçə edib. Bununla xalını altıya çatdıran Eltac əlavə göstəricilərə görə yeddi rəqibini qabaqlayaraq ikinci pillədə qərarlaşıb. 

O, sona bir tur qalmış lider Li Minq Penqdən (Ukrayna) yarım xal geri qalır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər