Elnur Əşrəfoğlunun son durumu: saturasiyası qalxsa da...

Elnur Əşrəfoğlunun son durumu: saturasiyası qalxsa da...

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Fanat.Az xəbər verir ki, jurnalistin vəziyyəti ağır-stabil olaraq qalır.

Şərhçinin qardaşı Rəşad Şükürov saytımıza verdiyi açıqlamada Elnurun ECMO (Ekstrakorporal Membran Oksigenasiya) aparatına qoşulu vəziyyətdə olduğunu bildirib: "Klinika ilə bu gün əlaqə saxlamışam. Həkimlər birdirib ki, saturasiyası 90 üzərindədir. Hələlik aparata qoşulu vəziyyətdədir. Əlavə olaraq, onun böyrək problemi olduğu üçün paralel müalicələr aparılır". 

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər