Elnur Cəfərovun komandasının oyununda qalmaqal - VİDEO

Elnur Cəfərovun komandasının oyununda qalmaqal - VİDEO

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Elnur Cəfərovun çıxış etdiyi "Duqopole" klubu qalmaqalla üzləşib. Fanat.Az xəbər verir ki, həmyerlimizin komandası Xorvatiyanın II Divizionunda evdə "Sesvete" ilə bərabərə qalıb - 2:2.

Hesab 2:1 ev sahibi komandanın xeyrinə olarkən qonaqlar penalti qazanıb. Ancaq oyunun baş hakimi Tino Kreçak "Sesvete"nin oyunçusu Ante Aralitsanın qolunu qeydə almayıb. 

Tor deşik olsa da, bu, referinin gözündən yayınıb. Qonaq komandanın etirazı nəticə verməyib. Buna baxmayaraq, "Sesvete" 90+5-ci dəqiqədə məğlubiyyətdən qaçmağı bacarıb.

Elnur Cəfərov bu oyunda iştirak etməyib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər