Elmar Baxşıyevdən qələbə şərhi

Elmar Baxşıyevdən qələbə şərhi

“Qəbələ” Türkiyə toplanışındakı son yoxlama oyununda Rumıniyanın “Çiksereda” klubuna 2:1 hesabı ilə qalib gəlib. 

Fanat.Az xəbər verir ki, görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini klubun rəsmi saytına açıqlayıb: 

“Düşündüklərimizi təlim-məşq toplanışında görə bildik. Komanda meydanda dominant oynamağa çalışırdı. Qarşıda 9 gün vaxtımız var. Bu müddətdə daha da yaxşı olacağıq. Ümumilikdə istədiyimi bu gün meydanda görə bildim. Futbolçuların hərəkətliliyi bizi məmnun etdi. Komandanın hazırlığını faizlə dəyərləndirməzdim. Amma gündən-günə daha yaxşı olduğunu məşqlərdə görürük”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər