Elmar Baxşıyev: "Çətin olacağını bilirdik"

Elmar Baxşıyev: "Çətin olacağını bilirdik"

Azərbaycan Premyer Liqasının 14-cü turunun  “Qəbələ” - “Neftçi” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. 

Fanat.Az sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir: "Bu ildə son oyunumuz idi. Çətin olacağını bilirdik.“Neftçi" iddialı komandadır. Hər iki komanda açıq futbola üstünlük verdi. Oyun ərzində üstünlük bizdə idi. Amma ikinci hissə rəqibin üstünlüyü ilə keçdi. Ümumi götürdükdə komandanın çıxışından razı qaldım.

Elə oyunlar olub ki, hər şeyi etmişik, amma uduzmuşuq. Qismətimizdə olan bu imiş. Hər iki komanda qələbəyə layiq idi".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər