"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummels Çempionlar Liqasının yarımfinal mərhələsinin Almaniyada baş tutan ilk oyununda PSJ üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Fanat.Az xəbər verir ki, mərakeşli futbolçunun fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:

"Bu gün ən yaxşı oyunumuzu keçirdik. Yaxşı oyun sərgiləmək üçün meydanda bir-birimizə dəstək verdik. Çempionlar Liqasının yarımfinalında sakitliyi qorumaq və doğru qərarlar vermək asan deyil. Ancaq biz bunun öhdəsindən gələ bildik. Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik. Bizi çərşənbə axşamı Parisdə daha bir çətin qarşılaşma gözləyir. Finalda oynamaq istəyiriksə, Parisdəki  matçda inamlı görünməliyik". 

Xatırladaq ki, tərəflərin "Park de Prens"dəki cavab qarşılaşması mayın 7-də keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər